Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Zeytun Pharmaceuticals

Vakansiya: Logistika və sənədləşmə üzrə mütəxəssis

Son tarix: 08 iyul 2023

Tələblər:

-Ali təhsil;

-Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;

-Azərbaycan, rus və ingilis dili bilikləri;

-Ofis proqramları və 1C proqramı üzrə yüksək səviyyədə bilik.

Əmək funksiyaları:

-Dərman preparatlarının qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi;

-Müqavilə və sənədlərin tarixlərinin, qaimələrdə qeyd olunan məbləğlərin uyğunluğuna nəzarət edilməsi;

-Sənədləşməyə dair uyğunsuzluq yarandığı təqdirdə əməkdaşlıq edilən şirkətlərlə əlaqə yaradılması və mütəmadi məlumat mübadiləsinin təmin edilməsi;

-Sertifikat analizlərinin qaimədə qeyd olunan seriya nömrələri ilə uyğunluğunun yoxlanılması;

-Qısa idxal bəyannamələrinin tətbiqinin təmin edilməsi;

-Beynəlxalq Ticarət Sövdələşməsinə uyğun nəqliyyat hesab-fakturalarının hazırlanması üçün tələb olunan sənədlərin əməkdaşlıq edilən şirkətlərə elektron şəkildə göndərilməsi;

-Əməkdaşlıq edilən beynəlxalq şirkətlər ilə müntəzəm əlaqələrin təmin edilməsi, şifahi və yazılı danışıqların aparılması;

-İş gedişatı zamanı müvafiq departament və şöbələr üzrə məlumat mübadiləsinin təmin edilməsi;

-Mal dövriyyəsinin təmin edilməsi üçün gərəkli olan tənzimləyici sənədlərin hazırlanması və prosesin gedişatına nəzarət edilməsi.

İş şəraiti:

-İş qrafiki: I-V günlər, 09:00-18:00;

-Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]