Hesabatlılıq və büdcələmə üzrə kiçik mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən – AS Qrup İnvestment MMC

Vəzifə öhdəlikləri: 

Menecment üçün aylıq Maliyyə Hesabatlarının hazırlanmasında iştirak etmək;

Daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında digər müəssisələrdən məlumatları toplamaq;

Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldilməsi və ya dəqiqləşdirilməsini təmin etmək;

Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;

Faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması.

Tələb olunan göstəricilər:

İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya audit üzrə bakalavr dərəcəsi;

ACCA F3 və F7 arzu olunandır;

Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;

Azərbaycan və İngilis dili bilikləri əla, Rus dili orta səviyyədə;

Mükəmməl analitik və düşünmə bacarıqları;

Stressə dözümlülük;

Tapşırıqları sürətli yerinə yetirə bilmək bacarığı;

MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);

1C sistemi üzrə biliklər.

Biz təklif edirik:

İş vaxtı: 09:00 – 18:00;

İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);

Korporativ nömrə, danışıq vaxtı və internet paket;

Karyera imkanları;

Nahar fasiləsi: 13:00 – 14:00 (nahar yeməyi şirkət tərəfindən təmin edilir);

İş yeri: Yasamal rayonu (Renessans Plaza);

Gənc və peşəkar işçi heyəti.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Hesabatlılıq və büdcələmə üzrə kiçik mütəxəssis”, qeyd etməklə CV formalarını  [email protected]   mail ünvanına göndərə bilərlər.  

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]