Şirkət maliyyə nəzarəti və planlama şöbəsinə aparıcı axtarır

Mütəxəssis


İşəgötürən: STP – AH MMC

Vakansiya: Maliyyə nəzarəti və planlama şöbəsinə aparıcı/ böyük mütəxəssis

Son tarix: 29 aprel 2022

Tələblər:

-Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;

-Maliyyə sahəsində 3-5 illik iş təcrübəsi olan;

-Əlavə nəaliyyətlər (ACCA, CIMA və ya CFA) üstünlükdür;

-Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;

-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

Hansı işləri görəcəksiniz:

-Maliyyə vəsaitlərin hərəkətinin uçotun aparılması və maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;

-Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların qənaətinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

-Maliyyə cədvəllərinin hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;

-Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;

-Maliyyə riskinin müəyyən edilməsi;

-Rəhbərlik tərəfindən müəyyən edilən  hesabatların hazırlanması, təhlil edilməsi və  təqdimatların hazırlanması;

-Aylıq maliyyə hesabatının bağlanılmasını həyata keçirilməsi;

-Maliyyə siyasəti və prosedurlarının hazırlanması;

-Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi və s.

Əlavə məlumatlar:

-Əmək haqqı razılaşma əsasında; 

-Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;

-İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi

-İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ aparıcı və ya böyük mütəxəssis” yazaraq 29.04.2022 il tarixinədək göndərmələri xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]