PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır

Proqramçı

proqramlaşdırma


Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” proqramlaşdırma sahəsində karyerasını daha yüksək zirvələrə çatdırmaq, şəxsi təcrübəsinə əsaslanaraq yeniliklərə imza atmaq istəyən şəxslər üçün işə qəbul prosesinə start verib.


Belə ki, PAŞA Bank “Techo – İT dünyasının əks sədası” layihəsi çərçivəsində “Back-end” üzrə baş mütəxəssis, “Front-end” üzrə baş mütəxəssis, Keyfiyyət təminatı (“Quality Assurance”) üzrə baş mütəxəssis və layihənin texniki rəhbəri vakansiyalarını elan edir.


“PAŞA Bank” karyeranızın hər bir mərhələsində sizə dəstək olacaq və yeni zirvələrə doğru birlikdə addımlayacağınız komandadan əlavə sizə bir sıra üstünlüklər də təklif edir. Hibrid iş rejimi, rəqabətli əməkhaqqı, təlim imkanları, illik mükafatlar və bu kimi digər imtiyazlar siyahıya daxildir.


Həmçinin müvafiq vakansiyalara müraciət edən şəxslər “PAŞA Bank”ın mentorluq və liderlik, “DevOps” mədəniyyəti, “Agile” metodologiyası, innovasiya və texnologiyalar ilə çevrələndiyi iş mühitində çalışmaq imkanı əldə edəcəklər.


Vakansiyalar haqqında ətraflı məlumat və müraciət üçün https://techo.pashabank.az veb-səhifəsinə keçid edə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]