Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən – Şam – Fi MMC

Vəzifə öhdəlikləriniz:

Anbarda mal qəbulu zamanı məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması;

Mal qəbulu zamanı aşkar edilən uyğunsuzluqlar üzrə aktların tərtibi;

Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üçün əlaqədar struktur bölmələri ilə koordinasiyalı işlərin təşkili və düzəldici tədbirlərin icrasına nəzarət edilməsi;

Etiket məlumatlarına, orqanoleptik göstəricilərə və daşınma şərtlərinə nəzarət edilməsi;

AQTA üçün tələb olunan nümunələrinin hazırlanması və təhvil verilməsi;

İstehsal prosesində məhsulların keyfiyyətinə nəzarət və istehsalat hesabatlarının hazırlanıb təqdim edilməsi.

Tələblər:

Ali təhsil (Qida mühəndisliyi, Kimya mühəndisliyi);

Müvafiq sahə üzrə iş təcrübəsi (1-3 il);

İSO 9001 və İSO 22000 sertifikatlarının olması üstünlükdür;

Araşdırma və analizetmə qabiliyyəti;

Diqqətlilik və məsuliyyətlilik;

Hesabatlılıq.

Təminatlar:

Şirkət hesabına nahar;

Korporativ nömrə.

Vakansiya haqqında əlavə məlumat:

Əmək haqqı namizədin bilik-bacarığına əsasən təyin olunacaq;

İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);

İş yeri: Bakı şəhəri, 8 Noyabr pr-ti (AFFA-nın yaxınlığı).

Uyğun namizədlərdən mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd edərək   [email protected]    mail ünvanına müraciət etmələrini xahiş edirik. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]