Planlama mütəxəssisi tələb olunur – (Qarabağ layihəsi)

Mütəxəssis

İri banka ipoteka kreditləri üzrə mütəxəssis


İşəgötürən – Azinvest İnşaat

Öhdəliklər:

Tikinti Layihələri üzrə planlaşdırma;

Layihələr üzrə iş qrafiklərinin hazırlanması;

Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;

Xüsusi proqram vasitəsi ilə (Primavera) işin həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;

Tender sənədlərinin hazırlanmasında iştirak etmək;

Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;

Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;

İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;

Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;

Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;

Tələblər:

İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;

Bu sahədə 3 ildən artıq iş təcrübəsi;

MS Office, Primavera proqramları üzrə qabaqcıl istifadə biliyi;

Komandada işləmə bacarığı;

Analitik düşünmə qabiliyyəti;

İşi planlamaq bacarığı;

Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

Bizim təminatımız:

İş yeri: Bakı şərhəri Baş ofis

Ezamiyyət: Qarabağ İqtisadi Rayonu

Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Planlama mütəxəssisi” yazaraq 01.11.2023- cü il tarixinədək    [email protected]  adresinə göndərilməsi xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]