Tender mütəxəssisi tələb olunur

Mütəxəssis


İşəgötürən – AHK Construction Azerbaijan

Öhdəliklər:

Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş, şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi izlənməsi və təhlilinin aparılması;

Maraq dairəsində olan elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;

Tenderin şərtlər toplusunun əldə olunması üçün tələb olunan müraciət və ödənişin icra edilməsi;

Tenderə qatılmaq üçün sənəd toplusunun “Dövlət satınalmaları haqqında” AR qanunvericiliyə və tender elan etmiş təşkilatın tələbinə uyğun hazırlanması;

Xarici və yerli təchizatçıları araşdırmaq şirkətin müvafiq strukturuna yönləndirmək;

Tenderin predmetləri üzrə əldə olan baza qiymətlərinin şirkətin müvafiq strukturundan alınması;

Xarici ölkələrdəki istehsalçı və təchizatçılarla yazışmaların və danışıqların aparılması, satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması; 

Layihə smetasının qiymətləndirilməsi

Qiymətlərin araşdırılması, analizlərin aparılması və qiymət təklifinin formalaşdırılması və rəhbərliklə razılaşdırılması;

Tələblər:

Təhsili: Ali

Office proqramlarında mükəmməl işləməyi bacarmalı,

Müvafiq sahədə 3 illik təcrübə;

Komandada işləməyi bacarmalı;

Analitik düşüncə qabiliyyəti;

Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;

Əlavə məlumat:

Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir, uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərə alınır. Minimum 1300,Maksimum 2000

İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.

İngilis və Rus dillərində danışıq qabiliyyətinin olması arzuolunandır,

 Maraqlananlar CV lərinizdə Tender Mütəxəssisi qeyd edərək    [email protected]  e-mail ünvanına göndərə bilərlər

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]