Satış və marketinq üzrə mütəxəssis / aparıcı mütəxəssis tələb olunur

Satış mütəxəssisi


İşəgötürən – SpektrMed

İş yeri: Bakı

İş rejimi: 6  günlük (şənbə günü 10:00-13:00)

Əmək haqqı: Satış və marketinq üzrə mütəxəssis üçün başlanğıc 500 AZN + satışdan bonuslar / Satış və marketinq üzrə aparıcı mütəxəssis üçün başlanğıc 700 AZN + satışdan bonuslar. Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq əmək haqqı məbləği təkrar nəzərdən keçirilə bilər.

Vəzifə öhdəlikləri:

Satış hədəflərinə çatmaq üçün biznes planlarının hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak etmək;

Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;

Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;

Məsul olduğu bölgələrdə bazar, rəqabətlilik və müştəri analizləri etmək;

Zəruri hesabatların rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Səhiyyə sahəsində xüsusəndə laborator tibbi diaqnostika bölümündə təcrübə sahibi olmaq;

Tibbi və ya bioloji təhsili olmaq mütləqdir;

Problemlərə həll yönümlü yanaşma;

Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma və təqdimat bacarığı;

Kompüter və ofis proqramlarından yaxşı istifadə etmək bacarığı;

İngilis və rus dili bilikləri;

Tibbi laborator diaqnostik cihazların satışında ən az 1 il təcrübəyə sahib olan namizədlərə üstünlük verilir.

Üstünlüklər:

Dərin bilik və bacarıqların inkişaf etdirilməsi üçün korporativ mühit;

Əməkdaşlıq etdiyimiz dünyanın aparıcı şirkətlərinin təcrübəsini öyrənmək;

Gələcəyin bu sahə üzrə peşəkar mütəxəssisinə çevrilmə imkanı;

Kariyera yüksəlişi imkanı;

Yerli və beynəlxalq tədbirlərdə iştirak;

Cari fəaliyyət nəzərə alınaraq satışlardan bonus əldə etmək.

Gözləntilər:

Stress və təzyiq altında işləmək bacarığı;

Daim öyrənməyə meyilli olmalı;

Kollektivin üzvləri ilə mehriban münasibətlərin qorunmasına diqqət;

Rəhbərlik və şöbələr arası subordinasiya qaydalarına əməl edilməsi.

Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz CV-lərini   [email protected]   elektron poçt ünvanına mövzu hissəsində “Satış və marketinq üzrə mütəxəssis / Satış və marketinq üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda müraciətlərə baxılmayacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]