Təchizat üzrə mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən – Industrial Business Ltd

Vəzifə və öhdəliklər:

Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili

Mal və materialların anbara və lazımi strukturlara vaxtında çatdırılmasına nəzarət edilməsi

Yerli və xarici bazarın monitorinqini aparmaq;

Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; 

Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi

Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi  məlumatlandırır;

Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.

Tələblər: 

Təhsil: Ali

İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq

Kompüter bilikləri: MS Windows sistemi, Microsoft Office proqramları

Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-orta və ingilis dili-əla

Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumat;

Komanda ilə işləmək bacarığı;

Effektiv ünsiyyət,çeviklik,məsuliyyətlililk, intizamlıq.

Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.

İş qrafiki: I-V günlər, 09:00-18:00

Əmək haqqı: Razılaşma yolu ilə 

Tələblərə uyğun şəxslər CV formalarını    [email protected]  elektron poçt ünvanına, mövzu hissəsinə “Təchizat üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]