Satınalma bölməsi üzrə Menecer axtarılır

Menecer


İşəgötürən – STP Global Cable

Bizim üçün uyğun namizəd:

Ali təhsilli olmalı;

Sahə üzrə minimum 5 il iş təcrübəsinə malik;

Avadanlıqlar və onların ehtiyyat hissələrinin alışı ilə əlaqədar təcrübənin olması;

Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;

MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;

Yerli və beynəlxalq bazarlar haqqında məlumatlı olmalı;

CİPS sertifikatının olması üstünlükdür;

Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;

İşgüzar və məsuliyyətli olmalı;

İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icrasını nəzərət etmək

Təchizat sifarişlərinin idarə edilməsini yoxlamaq (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)

Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması üçün tapşırıqlar vermək

Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini nəzərət edilməsi

Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılmasını nəzərət edilməsi

Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirməsini kontrol edilməsi

Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını nəzərət edilməsi

Təchizatçıların seçimi və qiymətləndirilməsi kontrol edilməsi

Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək

Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasıni nəzərət edilməsi

Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə rəhbərliyə məlumat verilməsi

Təchizatçılarla danışıqların aparılması, endirimlərin alınmasınə nəzərət edilməsi

Təchizat zəncirinin təşkili,idarəolunması, nəzarət

Logistika və Gömrük işlərinə nəzarət.

Nə əldə edəcəksiniz?

Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;

Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;

Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;

Tibbi sığorta mövcuddur;

İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;

İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə Menecer” yazaraq 28.10.2023-cü il tarixinədək  [email protected] adresinə göndərilməsi xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]