Marketinq üzrə mütəxəssis axtarılır

Mütəxəssis


İşəgötürən – Buta Group



Funksiyalar:

Marketinq üzrə mütəxəssisin  əsas funksiyaları aşağıdakılardır:

Şirkət maraqlarının təmin olunması məqsədilə, satış istiqamətində operativ qərarların qəbulu, istehsal olunan məhsulların rəqabətə davamlılığının təyini, yeni istehlak bazarlarının araşdırılması, mövcud bazar durumunun analizi və digər bu kimi istiqamətlərdə bazar araşdırmaları həyata keçirir. 

Vəzifə borcları:

Şirkətin marketinq strategiyasını müəyyən etmək, marketinq planı, marketinq büdcəsini hazırlamaq, bu plan və büdcəyə əsasən irəliləmək

Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasını bilmək, media əlaqlərini qurmaq, müsahibə və press-reliz mətnlərinin yazılması və onların yerləşdirilməsinə nəzarət etmək

Azərbaycan Dövlət Reklam Agentliyi ilə münasibətlərin idarəolunması

Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək

Rəqəmsal sahədə (Meta, Linkedin, Google analytics) alətlərin düzgün seçilməsi və idarə olunmasını təmin etmək

Vebsaytda dəyişikliklərin olunması və məhsullar haqqında məlumatların SEO-ya uyğun olaraq hazırlanıb əlavə edilməsi.  

Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına birbaşa nəzarət etmək

Trendləri izləmək, sosial media alətlərindən düzgün istifadə və nəzarət etmək

Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları, kataloq, flyer və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirmək

İllik marketinq hesabatını hazırlamaq

Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan  tapşırıqları yerinə yetirmək

Sərgilərin təşkil olunması üçün birbaşa əlaqələrin yaradılması

Vakansiya haqqında:

İş yeri: Bakı, Rəşid Behbudov 71

İş saatı: Həftədə 5 gün həftəlik 40 saat olmaqla

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Namizədə tələblər:

Təhsili: Ali təhsil

Müvafiq sahədə ən azı 1-3 il təcrübə

Dil bilikləri: Azərbaycan, (İngilis və Rus dili arzu olunandır)

Kompüter bilikləri: Microsoft Office, Outlook

Komandada işləmək bacarığı

Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı

İdarəetmə təcrübəsi, analitik düşünmə

Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq

Vakansiya ilə maraqlanan şəxslər CV-ləri  [email protected]   e-mail ünvanına göndərə bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]