Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur

Mütəxəssis

yoxlama


İşəgötürən – Nurgun Holding

İş barədə:

Yerinə yetirilən işlər üzrə qanunverici və normativ-hüquqi sənədlərin hazırlanması,

Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,

Dövlət qrumları ilə qarşılıqlı fəaliyyətin təşkili,

Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək, 

Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq keyfiyyətə nəzarət üzrə işdə iştirak etmək,

İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanması.

Tələblər:

Ali təhsil (Üstünlük: Standartlaşdırma və sertifikasiya),

Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,

İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli,

Daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları bilməli, sanitar-gigiyenik normalara əməl edilməsini tələb etməli,

Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir,

İş təcrübəsi (min. 1-2 il)

Yaş həddi – 25-35 arası.(yalniz bəy namizədlər)

Digər məlumatlar:

yüksək karyera imkanları;

iş saatları: 09:00-dan 18:00-dək;

5 günlük iş qrafiki; 

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazmaqla    [email protected]  e-mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]