ERP üzrə mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən – Daşkəsən Dəmir Filiz MMC


Vəzifə öhdəlikləri:

ERP sistemlərinin tətbiqi üzrə layihələrdə iştirak

Proqram məhsulunun təkmilləşdirilməsi üçün tələblərin müəyyən edilməsi, proseslərin icra müddətlərinin və keyfiyyətinin monitorinqi , aidiyyatı şöbələrlə qarşılıqlı əlaqə

Dəyişikliklər tamamlandıqdan sonra proqram məhsulunun sınaqdan keçirilməsi;

ERP ilə əlaqəli davam edən texniki dəstək və təkmilləşdirilmə layihələrinə nəzarət etmək və tətbiq etmək

Sistem daxilində məlumatların bütövlüyü və düzgünlüyünü yoxlamaq üçün dövri hesabatlar hazırlamaq və tətbiq etmək

Biznes strukturları və sistem istifadəçiləri arasında yeni hesabatlar,idarə panelləri, analitik vasitələrin yaradılmasının koordinasiyasını təşkil etmək 

İstifadəçilərin müraciətləri əsasında ERP sistemində aşkar olunmuş nöqsan və xətaların aradan qaldırılması üçün departamentin əlaqədar digər struktur vahidlərinə və kənar xidmət göstərən şirkətlərə sorğuların göndərilməsinə və icrasına nəzarəti təmin etmək

Bütün sistem dəyişiklikləri, testlər və təkmilləşdirmə tapşırıqlarının statusuna nəzarət etmək və izləmək

Namizədə tələblər:

Ali təhsilli;

Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi

Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır).

Bacarıqlar:

Analitik düşünmə qabiliyyəti;

Komandada işləmək bacarığı;

İşgüzar və hüquqi yazışma bacarığı;

İşin planlaşdırılması bacarığı;

Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;

Yaradıcı və təşəbbüskar olmaq;

MS Office və 1C proqramlarında sərbəst işləyə bilmək.

Digər məlumatlar:

İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H

Ezamiyyə imkanları (zəruri hallarda)

5 günlük iş rejimi (bazar ertəsi – cümə) 

İş vaxtı: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “ERP üzrə mütəxəssis” qeyd etməklə   [email protected]  e-mail ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]