Vakansiya: İnsan resursları üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Dərs Evi
Vakansiya: İnsan resursları üzrə mütəxəssis
Son tarix: 20 iyun 2022
Tələblərimiz:
-Ali təhsil;
-Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
-MS Office (MS Excel, MS Word, MS Outlook) və 1C proqramlarından sərbəst istifadə qabiliyyəti;
-AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
-Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları. Rus dili biliyi olan namizədlərə üstünlük veriləcək;
-Aydın və səlis nitq;
-Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
-İş prosesində yarana biləcək mürəkkəb situasiyaların müstəqil şəkildə analiz və həll edə bilmə bacarığı;
-Səbrli, diqqətli, dəqiq və məsuliyyətli;
Əsas öhdəliklər:
-İşçilərin davamiyyət hesabatlarının hazırlanması;
-İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, intizam tənbehləri və digər bütün əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
-Məzuniyyət cədvəlinin daimi nəzarətdə saxlanılması və işçilərin məzuniyyətlərindən istifadə etməsinin təmin edilməsi;
-İşə qəbul prosesinin aparılması (vakansiya elanının yerləşdirilməsi, daxil olan rezümelərin analizi və seçimi, müsahibələrin keçirilməsi);
-Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
-Əmək haqqı kartlarının sifariş olunması;
-Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
-Şəxsi işlərin qaydasında olmasının və lazımı sənədlərin müntəzəm yenilənməsinin təmin edilməsi;
-Kadr kargüzarlığına dair digər sənədləşmə proseslərinin aparılması;
-Şirkət daxilində ümumi informasiya xarakterli məktubların tərtib edilməsi və göndərilməsi;
-Sınaq və müqavilə müddətlərinin bitmə tarixlərinin qeydə alınması və müvafiq şəxslərə öncədən məlumatın verilməsi;
-Hər təqvim ayının sonunda əmək haqqı hesablamasının aparılması üçün müvafiq məlumatların 1C proqramına daxil edilməsi;
-İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi;
-Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
İş şəraiti:
-İş saatları (həftədə 40 saat): Bazar Ertəsi – Cümə günü, saat 09:00-18:00
-AR Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmləşdirilmə
-İl ərzində 30 gün ödənişli məzuniyyət hüququ
-Korporativ mobil nömrə
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun mövzu sətrində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.
Son tarix – 25 may 2022-ci il.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 17 saat, 45 dəq
-
2 ay, 4 gün, 13 saat, 16 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 21 saat, 14 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 4 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 7 dəq