Vakansiya: Elektron təhlükəsizlik sistemləri üzrə mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən: Betta

Vakansiya: Elektron Təhlükəsizlik Sistemləri üzrə Mütəxəssis

Son tarix: 18 avqust 2022

Əsas vəzifə öhdəlikləri:

-Obyektlərdə bütün kamera, oğurluğa qarşı sistemlər, giriş-çıxış və video sistem avadanlıqlarını və proqram təminatını quraşdırmalı

-Təhlükəsizlik sistemlərinin işinin fasiləsiz fəaliyyətinin təminatı və vaxtaşırı yoxlanılması

-Kameraların işlək vəziyyətdə olmasını təmin etməli və periodik monitorinqini aparmalı

-Quraşdırılmış video monitorların işlək vəziyyətdə olmasını təmin etməli

-Tələb olunduqda yoxlama və daxili araşdırma zamanı rəhbərliyi video yazılışla təmin etməli

-Yeni obyektlərdə kompleks baxışların və Təhlükəsizlik sistemlərinin auditlərinin keçirilməsi, təkliflərin hazırlanması. İri layihələr üçün təhlükəsizlik sistemlərinin dizayn və konfiqurasiyasını və qrup şirkətlər və digər sifarişçilər üçün müvafiq tenderlər üçün spesifikasiyaların hazırlanması

-İstifadəsində olan proqram təminatlarının normal fəaliyyətini,  lisenziya tələb edən proqram təminatlarının  müddətinin vaxtı-vaxtında uzadılmasını təmin etməli

-Avadanlıqlarda hər hansı nasazlıq baş verdikdə, problemi həll etməli, həlli mümkün olmadıqda servis mərkəzinə çatdırılmasını təmin etməli və ya servis xidmətinin nümayəndəsinin gəlməsini təmin etməli

-Sərt Disklər Arxivinin təşkili

-Şəbəkə tipli Server və Paylayıcılara nəzarət

-Müasir (İOT, Aİ, AR, Smart) təhlükəsizlik sistemləri və avadanlıqlar haqqında məlumat toplamaq və mümkün istifadəsi üzrə təkliflər vermək

-Təhlükəsizlik avadanlıqlarının distribyutorluğunun Azərbaycanda təmin edilməsi, onların servis xidmətlərinin yaradılması istiqamətində təkliflər vermək

Namizədə tələblər:

-Texniki ali təhsil

-Azərbaycan, Rus və İngilis dilləri – yüksək səviyyədə

-Təhlükəsizlik sistemləri üzrə layihələrin hazırlanması, sxemlərin oxumaq və çəkmək bacarığı

-İT CCTV, Girişə və perimetr üzrə nəzarət, yanğına qarşı sistemlər üzrə inteqrator təcrübəsi

-İri sənaye və qeyri-sənaye obyektlərində iş təcrübəsi

-Müvafiq sahədə ümumi iş təcrübəsi – minimum 5 il

-Diqqətli və dəqiq olmalı

-İşgüzar və məsuliyyətli olmalı 

İş şəraiti:

-İş rejimi – 5 günlük (09:00-18:00)

-Əmək haqqı 1500-2000 AZN

-Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir

Maraqlanan və tələblərə cavab verən şəxslər öz CV formalarını və tövsiyyə məktublarını ” ETC üzrə mütəxəssis ” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


©️ 2022

070 231 45 70

[email protected]