Təchizat üzrə mütəxəssis tələb olunur
İşəgötürən – “166 Yükdaşıma və Logistika”
Vakansiya – Təchizat üzrə mütəxəssis
Öhdəliklər:
-Şirkət daxili sifarişlərin yerinə yetirilməsi və icrasına nəzarət edilməsi;
-Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması;
-Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması;
-Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
-Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
-Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;
-Stok ehtiyatlarının idarə olunması;
-Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;
-Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Tələblər:
-Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
-Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
-MS Office proqramlarından sərbəst istifadə bacarığı;
-İntizamlılıq, komandada işləmə bacarığı;
-Təchizatçıların axtarışı və idarə edilməsi üsulları ilə tanışlıq;
-Güclü təşkilatçılıq bacarığı;
-Operativlik, çevik qərar vermə və vaxtdan düzgün istifadə bacarıqları;
-Danışıqların aparılması sahəsində bacarıqları.
İş şərtləri:
-İş qrafiki 5 günlük;
–Karyerada yüksəliş imkanı.
Müraciət:
Namizədlər mövzu hissəsinə “Təchizat üzrə mütəxəssis” qeyd edərək [email protected] elekton ünvanına CV formalarını göndərə və ya https://hr.166.az/ saytına daxil olaraq qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Elanın bitmə tarixi – 22 iyul 2022
Vakansiyalar
-
1 gün, 5 saat, 41 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 11 saat, 30 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 10 saat, 22 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 10 saat, 56 dəq
- 1 həftə, 5 saat, 2 dəq