Sinteks Group of Companies müştəri əlaqələri üzrə administrator axtarır

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Müştəri Əlaqələri üzrə Administrator
Son tarix: 04 iyun 2022
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu yüksək keyfiyyətli müştəri xidmətlərinin təmin edilməsidir.
Vəzifə öhdəlikləri:
-Mağazalara Loyallıq Sisteminin tətbiqinə nəzarət edir, mağaza və müştərilər tərəfindən daxil olan sorğuları cavablandırır
-Xarici və Daxili Müştərilərdən daxil olan müraciətləri, şikayətləri və sorğuları qəbul edir, qiymətləndirir və həll edir, hesabatlar təqdim edir
-Müştəri Xidmətləri Menecerinə şöbənin təkmilləşdirilməsi ilə əlaqəli gündəlik işlərdə iştirak edir
-CRM qaydalarına uyğunluq ilə bağlı mağaza heyətinə nəzarət edir, kənarlaşmalara dair hesabat hazırlayır
Əsas tələblər:
Təhsil:
-Ali təhsil
-CRM, Marketinq, Müştəri analizləri üzrə müvafiq sertifikatlar arzuolunandır
Təcrübə:
-Müştəri xidmətləri və ya əlaqə mərkəzinin əməliyyatları üzrə ən azı 2 il təcrübə və ya ixtisas artırma
Professional biliklər:
-Müştəri Əlaqələrinin idarə edilməsi
-Müştəri xidmətlərinə dair prinsip və təcrübələr üzrə biliklər
-Səlis Rus və üst-orta səviyyədə İngilis dili bilikləri
-MS Office proqramları
Professional bacarıq və kompetensiyalar:
-Biznes kommunikasiyası
-Problemlərin həlli
-Analitik bacarıqlar
-Məsuliyyət
-Nəticə yönümlülük
-Stressli situasiyaların idarə edilməsi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Administrator” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 6 saat, 30 dəq
- 6 saat, 35 dəq
- 6 saat, 38 dəq
- 6 saat, 42 dəq
- 6 saat, 49 dəq