Banka Baş proqramçı tələb olunur

“Ziraat Bank Azərbaycan” İnformasiya Texnologiyaları departamentinə Baş proqramçı vəzifəsinə işə dəvət edir.
Vəzifəyə olan tələblər:
• İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr və ya magistr dərəcəsində ali təhsil;
• Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
• Bank sektorunda minimum 5 il iş təcrübəsi;
• Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək;
• Biznes və texnologiyanın tələblərini anlamaq;
• Professional olaraq inkişaf etmə arzusu;
• Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
• C#, .NET, ASP.NET, MVC, JavaScript, XML, CSS, JSON üzrə təcrübə;
• Windows, SOAP və RESTfull servisləri ilə iş təcrübəsi;
• OOP prinsiplərini yaxşı başa düşmək və tətbiqi;
• RDBMS, SQL bilikləri;
• Effektiv və strukturlu proqram kodu yazma qabiliyyəti;
• Rus/İngilis/Türk dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər.
Əsas vəzifələr:
• Yeni layihələrin başlanması və dəstəklənməsi, aktual layihələrin təkmilləşdirilməsi;
• Səliqəli və oxunaqlı kodlar yazmaq bacarığı;
• Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
• Şlüzlərin hazırlanması (API) və xarici servislərlə əlaqədar işlənməsi;
• Yazılan servislərin analizi, müşaiyət olunması və xətaların aradan qaldırılması.
Göstərilən tələblərə cavab verən namizədlər Fevral ayının 28-nə qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Baş proqramçı” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 16 saat, 31 dəq
-
1 ay, 3 həftə, 2 gün, 12 saat, 2 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 20 saat
- 2 ay, 1 gün, 19 saat, 50 dəq
- 2 ay, 1 gün, 19 saat, 53 dəq