“Azərpoçt” “Sistem Administratoru” axtarır

“Azərpoçt” MMC “Sistem Administratoru” vəzifəsi üzrə vakansiya elan edib.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
– Ərazi üzrə paylanmış server infrastrukturunun fasiləsiz fəaliyyətinin idarə edilməsi və təmin edilməsi: serverlər, virtual infrastrukturu, SAN;
– Windows Server (Active Directory, Exchange Server, Terminal Servers, DNS, DHCP, GPO, IIS və s.) və Linux OS server proqramlarının və servislərin sazlanması, istismarı və idarə edilməsi;
– Virtual infrastrukturun sazlanması, istismarı və idarə edilməsi;
– Şəbəkə avadanlıqlarının idarə edilməsi;
– İnfrastruktur monitorinq sisteminin qurulması və idarə edilməsi
– Problemlərin diaqnostikası və aradan qaldırılması, infrastruktur performansının təhlili;
– Real (hardware) və virtual mühitin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik təhdidlərinin aşkar edilməsi, təhlükəsizlik təhdidlərindən müdafiə həllərinin hazırlanması;
– Əməliyyat Sistemləri, server proqramları və şəbəkə avadanlıqları üçün yeniləmələrin monitorinqi;
– Giriş hüquqlarının sazlanması, konfiqurasiyası və fərqləndirilməsi;
– Domain registrars, hosting providers ilə qarşılıqlı əlaqə;
– Təchizatçılarla qarşılıqlı əlaqə (texniki məsələlər üzrə, server avadanlığının problemlərinin aradan qaldırılması zamanı və s.)
– Cari konfiqurasiyanın sənədləşdirilməsi, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması. İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;
– Profilaktik və reqlament işlərinin aparılması;
– Ehtiyat nüsxələrin çıxarılması (Backup) və məlumatların bərpasının (Restore) təşkili və təmin edilməsi;
– Məlumat mərkəzinin bulud infrastrukturu ilə inteqrasiyasına dəstək;
– Konfiqurasiya idarəetmə sistemləri (CMS) vasitəsilə proqram təminatının instalyasiyaların avtomatlaşdırılması;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
– Ali təhsil;
– Korporativ seqmentdə / inteqratorda ərazi üzrə paylanmış şəbəkə infrastrukturunun sistem inzibatçısı vəzifəsində 3 ildən artıq iş təcrübəsi;
– Microsoft Windows Server OS ilə bağlı dərin bilik və təcrübə;
– Microsoft Exchange Server idarəetmə təcrübəsi;
– Linux OS server ilə bağlı bilik və təcrübə;
– VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında inamlı bilik və təcrübə;
– Klaster virtualizasiya texnologiyalarının istismarı və dəstəklənməsi təcrübəsi;
– PowerShell-də (python, bash) skript yazma təcrübəsi;
– Veb serverlərləri ilə (IIS, Apache, NginX) iş təcrübəsi;
– SAN sistemləri ilə iş təcrübəsi;
– Şəbəkə avadanlıqları ilə iş təcrübəsi;
– Virtual şəbəkələrin qurulması prinsiplərinin anlaşılması;
– Müasir server və şəbəkə avadanlığı bazarı haqqında məlumat;
– Monitorinq sistemləri ilə işləmək bacarığı;
– İnformasiya təhlükəsizliyinin prinsiplərinin və əsaslarının bilməsi;
– İngilis dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00–18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Sistem administratoru” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 3 saat, 38 dəq
-
1 gün, 2 saat, 38 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 2 saat, 40 dəq
- 1 gün, 2 saat, 42 dəq
-
1 gün, 2 saat, 44 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib