Sinteks Group of Companies texniki dəstək üzrə administrator axtarır

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Texniki Dəstək üzrə Administrator
Son tarix: 01.12.22
Sinteks Şirkətlər qrupuna hal hazırda Texniki Dəstək üzrə Administrator tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu kompüter sistemləri, proqram təminatı və avadanlıqla əlaqəli texniki köməklik və dəstək göstərməkdir.
Vəzifə öhdəlikləri:
-Daxil olan sorğuların vaxtlı vaxtında cavablanması və icra olunması
-İstifadəçi komputerlərinə nəzarət və yaranmış problemlərin aradan qaldırılması
-İT avadanlıqların quraşdırılması və avadanlıqlarda yaranmış problemlərin aradan qaldırılması
-Yeni işçilərə iş mühitinin yaradılması üçün lazımı işlərin görülməsi
-Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpa olunması
-Sistem səhvlərinin diagnostikasının aparılması və aşkar olunmuş səhvliklərin aradan qaldırılması
-İstifadəçilərin korporativ domain şəbəkəsinə qoşulması, İp telefonların konfigurasiya edilməsi, elektron poçtun istifadəçi komputerlərində ayarlanması, printer/ scanner tipli qurğuların əlavə olunması və s. kimi buna bənzər işlərin görülməsi.
-Lazim gəldikdə masa üstü komputer və notebook kimi avadanlıqların detallarının yenilənməsi
-İT Direktor tərəfindən verilmiş tapşırıqları icra edir, hesabatlar hazırlayaraq təqdim edir
Əsas tələblər:
Təhsil:
-Ali təhsil arzuolunandır
Təcrübə:
-İT üzrə ən azı 2 illik iş təcrübəsi
Professional biliklər:
-Windows client ( 7, 8, 8.1, 10, 11 ) əməliyyat sistemləri üzrə dərin biliklər
-AP, Router (Modem), Network Printer & Scanner və s. kimi avadanlıqların sazlanması
-TCP/IP , DNS, DHCP, VPN kimi protokolların işləmə prinsiplərini anlamalı
-Active Directory, Group Policy və Networking üzrə baza biliklərin olması
-Backup Sistemləri üzrə biliklərin olması (Acronis, Norton və s.)
Professional bacarıq və kompetensiyalar:
-Problem həlletmə
-Detallara və nəticəyə yönümlü
-Ünsiyyət bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Texniki Dəstək üzrə Administrator” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 gün, 3 saat, 23 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 22 dəq
-
2 gün, 6 saat, 23 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 26 dəq
- 2 gün, 6 saat, 28 dəq