Şirkətə “İnsan Resursları şöbəsinin Rəhbəri” tələb olunur

İşəgötürən – Emsa Food
Vakansiya – İnsan Resursları şöbəsinin Rəhbəri
Elanın bitmə tarixi- 11.11.2022
Namizədə olan tələblər:
-Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
-İnsan resursları sahəsində təcrübə minimum 5 il;
-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
-İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
-İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
-Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür.
Vəzifə öhdəlikləri:
-Şöbə daxilində olan bölmələrin işlərinə nəzarət və işlərinin planlaşdırılması;
-Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
-Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
-İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
-Vakansiyalara olan namizədlərlə görüşlərin keçirilməsi;
-Əməkhaqqı və vəzifə dəyişiklikləri iə əlaqədar sorğuların ilkin cavablandırılması və təstiqə göndərilməsi;
-Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
-Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
-Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
-Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
-Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması .
İş şərtlərimiz:
-Əmək haqqı namizədin bilik və bacarığına görə tənzimlənir.
-İş qrafiki : (6 gün);
-Şirkət hesabına nahar.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” yazaraq mail [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 gün, 2 saat, 2 dəq
- 2 gün, 2 saat, 4 dəq
- 2 gün, 2 saat, 6 dəq
- 2 gün, 2 saat, 9 dəq
- 2 gün, 2 saat, 13 dəq