Sinteks Group of Companies müştəri əlaqələri administratoru axtarır

Administrator


İşəgötürən: Sinteks Group of Companies

Vakansiya: Müştəri Əlaqələri Administratoru

Son tarix: 28 iyun 2023

Sinteks Şirkətlər qrupuna hal hazırda Müştəri Əlaqələri Administratoru tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu yüksək keyfiyyətli müştəri xidmətinin təmin edilməsində köməklik göstərməkdir.

Vəzifə öhdəlikləri:

-Loyallıq proqramının tətbiqi, icrası, dəyişikliklərin daxil edilməsi və aparılmasını təmin edir.

-Müştəri və əməkdaşların müraciətlərinin qəbulu, emalı, cavablandırılmasını təmin edir.

-Mystery Shopper (Gizli Müştəri) layihəsinin aparır, qiymətləndirilmə üzrə nəzərdə tutulan bonus və cərimələri hesablayır.

-Zahiri görünüş standartlarına riayət edilməsinə nəzarət edir.

-Əməkdaşlar üçün yaxa kartlarını sifariş edir.

-Kolleksiyaya dair satış təmsilçilərinin mövsüm imtahanını keçirir.

-ERP sistemində ödənişləri aparır.

Əsas tələblər:

Təhsil:

-Ali təhsil.

-Müştəri xidməti sahəsi üzrə sertifikatlar arzuolunandır. 

Təcrübə:

-Müştəri xidmətləri və ya əlaqə mərkəzinin əməliyyatları üzrə ən azı 1 il təcrübə.

Professional biliklər:

-Müştəri Əlaqələrinin idarə edilməsi.

-Müştəri xidmətlərinə dair prinsip və təcrübələr üzrə biliklər.

-Rus və İngilis dili yüksək səviyyədə.

-MS Office proqramları.

Professional bacarıqlar və kompetensiyalar: 

-Biznes kommunikasiyası. 

-Problemlərin həlli.

-Nəticə yönümlülük. 

-Stresli situasiyaların idarə edilməsi.   

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Əlaqələri Administratoru ” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]