Məlumatların Daxil Edilməsi üzrə Administrator axtarılır

Administrator


İşəgötürən – Sinteks Group of Companies



Sinteks Şirkətlər qrupuna hal hazırda Məlumatların Daxil Edilməsi üzrə Administrator tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu məhsulların sifarişi üzrə məlumatları bazaya daxil etməkdən ibarətdir 

Vəzifə öhdəlikləri:

Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və sistemə daxil edir 

İdxal olunacaq məhsullara dair məlumatları əldə edir, sistemə daxil edir və Logistika şöbəsini məlumatlandırır.

Təsdiqlənmiş Qiymət Əmsalını (MarkUp) idxal olunan məhsullara tətbiq edir və təsdiqlənmiş məzənnəyə uyğun satış qiymətini formalaşdırır. 

Məlumatlar bazasında məlumatı yeniləyir.

Əsas tələblər:

Təhsil:

Ali təhsil (İqtisadiyyat və ya Maliyyə ixtisaslarına üstünlük verilir).

Təcrübə:

Ən az 1 il iş təcrübəsi.  

Operator kimi və ya Məlumatların Daxil Edilməsi sahəsində təcrübəyə üstünlük verilir.  

Professional biliklər:

MS Office Programları

Professional bacarıqlar və kompetensiyalar: 

Detal və nəticə yönümlü 

Analitik bacarıqlar 

Komanda işi 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumatların Daxil Edilməsi üzrə Administrator” qeyd edərək   [email protected]   elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]