Ofis Administratoru axtarılır

Administrator


İşəgötürən – icarele.com

Vəzifə öhdəlikləri:

İcarəyə veriləcək avadanlıqların təhvil-təslimi və daxili müştəri bazasında müvafiq qeydlərin aparılması

Kuryer xidməti göstərən platforma vasitəsi ilə kuryer sifariş verərək müştərinin icarələdiyi cihazı müştəriyə təhvil vermək və ya müştəridən təhvil almaq 

Avadanlıqların sazlığının yoxlanışı və təhvil üçün hazır vəziyyətə gətirilməsi

İcarə müddətində müştərinin yaranan suallarının cavablandırılması

Sosial mediada izləyicilərin suallarının cavablandırılması

Ofisdə səliqənin təminatı və cihazların düzgün çeşidlənməsi 

Tələblər:

Bəy, 18-30 yaş

Səlis Azərbaycan dilində yazı və danışıq bacarığı;

Məsuliyyətlilik və detallara diqqət;

Liderlik bacarığı

Müştərilərlə ünsiyyət qurma bacarığı;

Stresli iş mühitünə davamlılıq;

İş şəraiti:

İş günləri: 6 iş günü, 1 gün istirahət;

İş saatı: 14:00-23:00

Qeyd olunan tələblərə uyğun namizədlər “Ofis Administratoru” başlığı altında    [email protected]    email ünvanımıza CV-lərini göndərərək müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]