Mağaza Adminstratoru tələb olunur
İşəgötürən – Super Toys
Vəzifə öhdəlikləri:
Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
Mağazaya təyin edilən hədəfə çatmaq;
Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;
Namizədə Tələblər:
Dil bilikləri: Rus dili-əla;
Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
Analitik düşüncə qabiliyyəti;
Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 1 il iş təcrübəsi mütləqdir;
Satış texnikası, idarəçilik qabiliyyəti;
25-45 yaş arası xanımlar;
Şirkət təklif edir:
İş rejimi : Həftədə 6 gün (növbəli)
Əmək haqqı : 1000-1200Azn
Rəsmi qeydiyyat
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza administratoru ” vakansiya adını göstərməklə öz cv-lərini [email protected] adresinə göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
Vakansiyalar
- 2 gün, 2 saat, 59 dəq
-
3 gün, 3 saat, 5 dəq
W jaki sposób nowoczesna technologia przekształca oblicze zabawy
- 1 həftə, 6 gün, 21 saat, 53 dəq
-
1 ay, 2 həftə, 4 gün, 24 dəq
Arisealpha Launches Easy-to-use Ai Crypto Trading Bot For First-time Buyers In 2026
- 7 ay, 4 həftə, 13 saat, 45 dəq