Mağaza Administratoru tələb olunur

Administrator


İşəgötürən – Holcim

Şöbə: Kommersiya 

İş vaxtı: Tam iş vaxtı

Vəzifələr:

Ona təhkim olunmuş ərazidə şirkət məhsullarının və xidmətlərinin aktiv satışını həyata keçirmək;

Gündəlik tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;

Alıcılardan daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;

Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;

Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;

Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;

Mağazada olan Satış Nümayəndələrinə düzgün satış strategiyasını öyrətmək və təlim keçmək;

Mağazada xidmət standartlarının həyata keçirilməsi;

Personala rəhbərlikdən alınan qayda və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;

Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;

Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;

Mağaza daxili kampaniyaların hazırlanmasında və keçirilməsində aktiv iştrak etmək;

Mağaza gəlirlərini təhlil etmək;

Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;

Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;

Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək;

Məhsulların FİFO üzrə satışının keçirilməsinə nəzarət etmək;

Məhsulların OOS nəzarət etmək;

Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.

Təminat:

Bonus proqramına uyğunluq

Sığorta paketi + ailə üzvləri

Əlavə yemək müavinətləri 

Səyahət Xərclərinin əhatəsi

Tələb olunan keyfiyyətlər:

Təhsil və İş təcrübəsi:

Orta təhsil; 

Ali təhsilin olması arzuolunandır;

Tikinti sektorunda 1 il iş təcrübəsi arzuolunandır;

Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;

Satış texnikası və prinsiplərini bilmək;

Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;

İşgüzar davranış etikası;

Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik;

Azərbaycan Dili (əla), Rus dili üstünlük sayılır;

Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word);

Şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır;

Sürücülük vəsiqəsi.

Müraciət proseduru

Maraqlananlar CV –lərini, mövzu hissəsində mütləq “Mağaza Administratoru” yazmaqla   [email protected]   adresinə göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək, lakin şirkət uyğun namizədi müəyyən etdikdə işə qəbul prosesini dayandırmaq ixtiyarındadır.

Ərizələrin son qəbul tarixi:    25 avqust, 2023

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]