ScanEx Enterprises Limited marketinq üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: ScanEx Enterprises Limited

Vakansiya: Marketinq üzrə mütəxəssis

Son tarix: 20 iyul 2022

Əsas vəzifə və öhdəliklər:

-İllik marketinq planını hazırlamaq və ona uyğun işlərini qurmaq;

-Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;

-Yeni müştərilər cəlb etmək, müştəri bazasını genişləndirmək;

-Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərini hazırlamaq və təqdimatını aparmaq;

-Göstərilən xidmətlərin irəli getməsini təhlil etmək;

-Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparmaq;

-Göstərilən xidmətlərə dair PR və reklam mətni hazırlamaq;

-Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.

Tələblər:

-Ali təhsil; 

-Nəqliyyat və logistika sektorunda marketinq üzrə ən azı 2-3 illik iş təcrübəsi;

-Marketinqin əsas prinsiplərini yaxşı bilmək;

-SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq;

-Azərbaycan və rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;

-MS Office Power Point yüksək (Word, Excel – orta) səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;

-Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;

-Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

İş şəraiti:

-Əmək haqqı: bazar rəqabətlidir və müsahibə əsasında təyin olunacaq;

-İş qrafiki: bazar ertəsi – cümə;

-İş saatı: 09:00-dan 18:00-dək;

-Ünvan: Xocalı pr.37, Dəmirçi Plaza. 

CV-lər [email protected] e-mail adresinə, mövzu yerinə vakansiyanın adı qeyd olunmaqla göndərilsin.

CV-lərin son qəbul tarixi: 20.07.2022.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]