PASHA Insurance informasiya təhlükəsizliyi üzrə kiçik mütəxəssis axtarır

İşəgötürən: PASHA Insurance
Vakansiya: İnformasiya təhlükəsizliyi üzrə kiçik mütəxəssis
Son tarix: 09 iyul 2022
Vəzi̇fə və Öhdəli̇klər:
-Şəbəkənin gündəlik monitorinqinin aparılması;
-İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi;
-İnformasiya təhlükəsizliyinə aid alətlərin köməyi ilə (eləcədə digər imkanlar/addımlarla) şəbəkə, kompüter sistemləri, istifadəçilərin monitorinqi və təhdid doğurucu məqamların aşkarlanması;
-İnformasiya təhlükəsizliyinə aid alətllərin köməyi ilə məlumat sistemlərinin təhdid doğurucu vəziyyətlərin aşkarlanması və hesabatın hazırlanması;
-Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx işləmək;
-Gündəlik olaraq infrastrukturda olan aktivliyin monitorinqi və “log”ların analizinin aparılması;
-Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi.
Bi̇li̇k və Bacarıqlar:
-İnformasiya Texnologiyaları sahəsi üzrə ali təhsil;
-İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi;
-Azərbaycan dilini əla, İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;
-Əməliyyat sistemləri Windows Server, Windows, Linux üzrə biliklər;
-Microsoft Office məhsulları və SQL proqramlaşdırma dili ilə işləmə bacarığı;
-Windows Audit, Linux Audit, Microsoft Azure sistemləri ilə iş təcrübəsi;
-Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlamaq (Firewall, korporativ antiviruslar, WAF, HIDS/HIPS, NIDS/NIPS, NGFW və s.);
-Şəbəkə avadanlıqları, protokolları, portları, kriptoqrafiya və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
-SIEM sistemləri ilə təcrübə;
-Analitik düşüncə və stresə dözümlü olmaq bacarığı;
-Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
-Ünsiyyətqurma və komandada işləmək bacarığı;
-Səbrli və soyuqqanlı olmaq bacarığı.
Son müraciət tarixi: 08 iyul 2022.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 3 saat, 20 dəq
İri Holdinq “İnsan resursları üzrə mütəxəssis” axtarır (Cəbrayıl)
-
1 gün, 3 saat, 34 dəq
Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis axtarılır
- 2 gün, 2 saat, 18 dəq
-
2 gün, 3 saat, 56 dəq
Kapital Bank kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis axtarır
- 2 gün, 3 saat, 57 dəq