Layihələrin idarə edilməsi üzrə baş mütəxəssis axtarılır

Mütəxəssis


İşəgötürən- Azərbaycan İnvestisiya Holdinqi

Vakansiya- Layihələrin idarə edilməsi üzrə baş mütəxəssis

Vəzifə funksiyaları:

-Layihələrin vaxtlı-vaxtında icrasının təmin edilməsinə nəzarət, gecikməyə səbəb ola biləcək amillərin proaktivlik

nümayiş etdirməklə və kommunikasiya təmin etməklə aradan qaldırılması;

– Layihə müddətində risklərin izlənilməsi;

– Layihənin icra statusunu göstərən cədvəllərin, qrafiklərin və s. qurulması və dizaynı;

– Layihə dəyişikliklərinin icra müddətinə təsirinin müəyyən edilməsi istiqamətində onun kritik mərhələlərinin və

məhdudiyyətlərinin nəzərdən keçirilməsi və təsirlərin azaldılması istiqamətində tövsiyələrin verilməsi;

– Dəyişikliklərin idarə olunması və nizama salınması üzrə kommunikasiya təmin edilməklə prosesin dəstəklənməsi;

– Biznes proseslərinin həyata keçirilməsi və təkmilləşdirilməsi ilə bağlı bütün aspektlərə nəzarət və təkmilləşdirilmə

istiqamətində həll yolları və təkliflər verilməsi;

-Biznes proseslərində dəyişikliklərin təhlili və monitorinqinin aparılması;

– Hesabatların hazırlanması və yeniliklərin rəhbərliyə təqdim edilməsi;

– Layihələr üzrə rəhbərliklə görüşlərin təşkili və koordinasiyası.

Namizədə dair tələblər:

– Ali təhsil (menecment, biznesin idarə edilməsi və s. əlaqəli sahələr);

– Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;

– Güclü təşkilatçılıq bacarıqları;

– Bir neçə tapşırıq üzərində eyni zamanda işləmək bacarığı;

– Həm kiçik, həm iri miqyaslı layihələrə rəhbərlik etmək;

– Görüşlərin təşkil edilməsi və aparılması bacarığı;

– Büdcə daxilində yüksək keyfiyyətli nəticələrin əldə olunması;

– MS Office və layihənin idarə olunmasına aid proqramlardan yaxşı istifadə bacarığı;

– Yüksək səviyyədə yazı və ünsiyyət bacarıqları;

– Proseslərin idarə olunması sahəsində təcrübə (arzuolunandır);

– Maliyyə və mühasibatlıq sahələrində yaxşı səviyyədə biliklərə sahib olmaq (arzuolunandır);

– PMP sertifikatına sahib olmaq (arzuolunandır);

– Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (mükəmməl).

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər CV-lərini 30 sentyabr 2022-ci il tarixədək mövzu

hissəsində müvafiq vəzifəni göstərməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Azərbaycan İnvestisiya Holdinqi Layihələrin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsinə vakant yerə işə qəbul elan edir.

“Azərbaycan İnvestisiya Holdinqi” onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı

olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətlərinin təkmilləşdirilməsi, o

cümlədən, həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət

qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası

Prezidentinin 7 avqust 2020-ci il tarixli 1120 saylı Fərmanına əsasən yaradılmış publik hüquqi şəxsdir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]