Kristal Abşeron maliyyə auditi axtarır

İşəgötürən: Kristal Abşeron
Vakansiya: Maliyyə auditi
Son tarix: 01 iyul 2023
Vəzifə öhdəlikləri:
-Hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması;
-Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi;
-Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi;
-İlkin sənədləşmədən sonuncu hesabatlara kimi bütün mühasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması;
-Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması;
-Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması.
Tələblər:
-Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisas qrupu, riyaziyyat və mexanika ixtisasları üzrə ali təhsil);
-Sahə üzrə 2-3 il iş təcrübəsi;
-İFRS və beynəlxalq audit standartları üzrə biliklər;
-“ACCA”, “CİA” üzrə sertifikatlar üstünlükdür;
-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
-Azərbaycan dilini mükəmməl bilməli, İngilis dili və Rus dili bilikləri üstünlükdür,
-Komandada işləmək bacarığı.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı şəhəri;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Maliyyə auditi” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 gün, 18 saat, 55 dəq
- 2 gün, 18 saat, 57 dəq
- 2 gün, 18 saat, 59 dəq
- 2 gün, 19 saat, 1 dəq
- 2 gün, 19 saat, 3 dəq