Daxili auditor tələb olunur

Auditor


İşəgötürən – Prior Leasing

Namizədə olan tələblər: 

Ali təhsil (iqtisadiyyat,maliyyə yönümlü ali təhsil üstünlükdür); 

Sahə üzrə ən az 3 il iş təcrübəsi;

Azərbaycan dilini səlis bilməli (rus dili biliyi üstünlükdür);

Ofis proqramlarını bilməli;

Yüksək səviyyədə ünsiyyət qurmaq, liderlik və idarəetmə bacarığı;

Analiz etmək qabiliyyəti və stressə davamlılıq;

Regionlara ezamiyyətlərə hazır olmalı;

Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və Mülki Məcəlləsi üzrə biliklər.

Vəzifə öhdəlikləri:  

İllik Daxili Audit Planına əsasən daxili audit yoxlamaları aparmaq;

Şirkətin fəaliyyətində mövcud olan və yarana biləcək mühüm risklər barədə müvafiq struktur bölmələrini məlumatlandırmaq və icra strukturları tərəfindən onların səmərəli idarə edilməsinə  nəzarət etmək;

Şirkətin illik və cari maliyyə hesabatlarının hazırlanma prosesinə və nəticələrinə nəzarət etmək;

Daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair müvafiq orqanlara təkliflər vermək;

Daxili və kənar auditorlar tərəfindən irəli sürülmüş tövsiyələrin icraçılar tərəfindən icra olunub olunmamasına nəzarət etmək;

Kənar auditin nəticəsi əsasında maliyyə hesabatlarına ediləcək dəqiqləşmələri və əlavələri nəzərdən keçirmək;

Tənzimləyici orqanlar tərəfindən aparılmış yoxlamaların nəticələrini nəzərdən keçirmək və onların auditor xidmətinin təkmilləşdirilməsi üzrə tövsiyyələrini icra etmək.

İş şərtlərimiz:

Əmək haqqı: 1684 – 1939 AZN;

İş qrafiki : Tam iş günü (5 gün);

İş saatları: 08:30-17:30. 

Ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili auditor” yazaraq   [email protected]   adresinə  göndərmələri xahiş olunur.  

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]