Audit üzrə mütəxəssis tələb olunur – 1500 MANATADƏK MAAŞ

Auditor

auditor


İşəgötürən – Avant Group MTK

Tələblər:

Maliyyə sahəsində ali təhsil;

Audit sahəsində minimum 1 il təcrübə (tikinti sektoru təcrübəsi üstünlükdür);

Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C və s)

Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər;

Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, özünü tənqidetmə və müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;

CİA/ACCA sertifikatları üstünlükdür;

Azərbaycan dili mükəmməl, İngilis dili orta (Rus dili üstünlükdür).

Vəzifə öhdəlikləri:

Departament rəhbəri tərəfindən tərtib edilmiş aylıq plana əsasən xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək;

Risklərin müəyyən edilməsi və idarə edilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;

Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövri olaraq inventarizasiya və təftiş yoxlamalarının aparılmasını icra etmək;

Alışlar zamanı malların və xidmətlərin  səmərəlliyinin analiz edilməsi.Material təsnifatında tikinti normaları və qanunvericiliklə təyin edilmiş keyfiyyət standartlarına uyğunluğun təmin etmək;

İş yeri: Çıraq Plaza

5 günlük iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;

Əmək haqqı 1200-1500 azn

Nahar şirkət tərəfindən təmin olunur;

Qeyd olunmuş tələblərə cavab verən namizədlər CV-ni  [email protected]    elektron ünvanına göndərə bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]