Norm sement zavodunda yeni vakansiya
Norm Sement Zavodu “Daxili Audit üzrə Müdir” vəzifəsi üzrə vakansiya elan edib.
Hesabat verdiyi/tabe olduğu vəzifə: Baş Audit İnzibatçısı
İş yeri: Əsasən Qaradağda yerləşən zavod ofisi
Əlavə olaraq həftəiçi müəyyən günləri evdən və şəhər ofisindən işləmək imkanı var
Tələblər:
– İqtisadi sahədə (maliyyə, mühasibatlıq, audit və s. ) ali bakalavr təhsili;
– Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi;
– Baş Mütəxəssis və ya Qrup Rəhbəri vəzifələrində iş təcrübəsi mütləqdir;
– Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
-MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP üzrə biliklər arzu olunandır;
-CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
Tələb olunan kompetensiyalar:
-Müştəri yönümlülük;
-Analitik düşüncə, təşəbbüskarlıq;
-Dürüstlük, obyektivlik, qərar verə bilmə;
-Effektiv kommunikasiya, mübahisələrin idarə edilməsi;
– Vaxtın düzgün idarə edilməsi, stresə dözümlülük;
– Yenilikçilik və davamlı inkişaf;
– Əməyin mühafizəsi qaydalarından xəbərdar olma.
Öhdəliklər:
– İllik Audit Planına əsasən və ya plandan kənar həyata keçirilən audit layihələrinin aparılmasını təşkil etmək və qrup rəhbəri kimi məsul olmaq;
– Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtib etmək və icrasına məsul olmaq;
-Daxili audit yoxlamalarının nəticələrinə dair işçi faylları, hesabatları və s. hazırlamaq;
-Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
-Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına cavabdeh olmaq;
-Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 30.11.2022
Vakansiyalar
-
4 saat, 15 dəq
Revisione Winnita: funzionalità del sito ed elementi principali
-
5 saat, 11 dəq
Pinco casino в Казахстане: как выбрать лучшие слоты и живые игры в 2026 году
- 10 saat, 1 dəq
- 12 saat, 49 dəq
- 12 saat, 53 dəq