Daxili audit tələb olunur

Auditor

auditor


İşəgötürən – Amal Group

Vəzifə öhdəlikləri: (təsisçinin tabeliyində)

Şirkətin fəaliyyət istiqaməti üzrə illik audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanmasında iştirak edir;

Audit yoxlamalarının planlanması, aparılması və müvəffəqiyyətli icrasını təmin edir;

Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirir;

Biznes proseslərin daxili qayda, prosedur və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini müəyyən edir;

Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil edir və risklərinin qiymətləndirilməsini həyata keçirir;

Risklərin azaldılması və uyğunsuzluqların aradan qaldırılması üçün səmərəliləşdirici tövsiyələr verir;

Auditin nəticələrinə dair hesabatlar hazırlayır;

Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planını monitorinq edir;

Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak edir;

Özündən aşağı vəzifədə çalışan şöbə əməkdaşları tərəfindən hazırlanmış hesabat və arayışları nəzərdən keçirib rəy və təkliflər verir;

Daha az təcrübəyə malik daxili audit şöbəsin nin əməkdaşlarının inkişafında iştirak edir və onların fəaliyyətini qiymətləndirir;

Rəhbərliyin tapşırığı ilə hesabatlar və təqdimatlar hazırlayır;

Tələblər:

Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə);

Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3-5 il iş stajı;

Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi;

Beynəlxalq Daxili Audit standartlarını bilməsi;

Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;

CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək;

Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;

Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;

Komanda daxilində fəaliyyət göstərmək və komandaya rəhbərlik etmək bacarığı;

MS Office proqramlarını yüksək səviyyədə bilmək;

Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili (arzuolunandır)

Ölkədaxili ezamiyyət etmək imkanı;

İş şəraiti:

Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş qrafiki: 5 günlük, 09:00-18:00

Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

Maraqlanan namizədlər CV-lərini   [email protected]    adresinə  göndərə bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]