Şirkət baş auditor axtarır

Auditor


İşəgötürən: PASHA Holding

Vakansiya: Baş Auditor/Qrup rəhbəri

Son tarix: 28 aprel 2022

İşin təsviri:

-Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən həvalə edilmiş audit, sonrakı audit və xüsusi audit layihələrinin aparılmasına rəhbərlik etmək;

-Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;

-Audit layihəsi çərçivəsində onun rəhbərliyi altında olan əməkdaşların işinə nəzarət etmək;

-Audit layihəsinin nəticələri barədə hesabatı hazırlamaq;

-Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;

-Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;

-Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;

-Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;

-Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;

-Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;

-Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;

-Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;

-Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

-Ali iqtisadi və ya hüquqi təhsil  (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə); 

-Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;

-CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / FRM/CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük verilir;

-Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;

-Bankçılıq sahəsini nizamlayan qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;

-Analitik bacarıqlar, hesabat yazma bacarığı, ünsiyyət qurma bacarıqları;

-Əla ünsiyyət, idarəetmə və liderlik bacarığı;

-Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı;

-Ezamiyyələrdə iştirak etmək imkanı;

-Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

-CV-lər aşağıda qeyd olunan e-mail ünvanına göndərilməlidir;

-Mövzu sətrində “PB_Baş Auditor/Qrup rəhbəri” qeyd olunmalıdır;

-CV-lər 30 aprel, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə [email protected] e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]