Kristal Abşeron maliyyə auditi axtarır

Auditor


İşəgötürən: Kristal Abşeron

Vakansiya: Maliyyə auditi

Son tarix: 01 iyul 2023

Vəzifə öhdəlikləri:

-Hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması;

-Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi;

-Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi;

-İlkin sənədləşmədən sonuncu hesabatlara kimi bütün mühasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması;

-Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması;

-Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması.

Tələblər:

-Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisas qrupu, riyaziyyat və mexanika ixtisasları üzrə ali təhsil);

-Sahə üzrə 2-3 il iş təcrübəsi;

-İFRS və beynəlxalq audit standartları üzrə biliklər;

-“ACCA”, “CİA” üzrə sertifikatlar üstünlükdür;

-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);

-Azərbaycan dilini mükəmməl bilməli, İngilis dili və Rus dili bilikləri üstünlükdür,

-Komandada işləmək bacarığı.

İş şəraiti:

-6 günlük iş qrafiki;

-İş yeri: Bakı şəhəri;

-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Maliyyə auditi” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]