AZ FP Co LTD baş auditor axtarır
İşəgötürən: AZ FP Co LTD
Vakansiya: Baş auditor
Son tarix: 07 noyabr 2022
Öhdəliklər:
-Audit layihəsi üzrə audit proqramının tərtib edilməsi və icrasına nəzarət;
-Audit layihəsində iştirak edən qrup üzvlərinin işinə rəhbərlik edilməsi, istiqamətləndirilməsi və dəstək olunması;
-Audit layihəsi zamanı çatışmazlıqların müəyyən edilməsi, məsul şəxlərlə razılaşdırması və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi;
-Audit nəticələrinə dair hesabatın tərtib edilməsi və məsul şəxslərə yönləndirilməsi;
-Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatların toplanması, sənədləşdirilməsi və bütün iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;
-İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
-Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyininin qiymətləndirilməsi;
-Yekunlaşmış audit layihələri üzrə tədbirlər planının monitorinqi;
-Audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
Tələblər:
-Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
-Audit sahəsində minimum 4 il iş təcrübəsi (İstehsal, distribüter, kənd təsərrüfatı sektorlarında təcrübə üstünlükdür);
-Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilmək üstünlükdür;
-Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
-Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s.) olması üstünlükdür;
-Ezamiyyələrdə iştirak etmək imkanı;
-Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
-Şifahi və yazılı ünsiyyət bacarığı;
-Vaxtın səmərəli idarəedilməsi və idarəetmə bacarıqları.
İş şərtləri barədə məlumatlar:
-İş qrafiki: 5 günlük iş rejimi, saat 8:30-17:30
-Könüllü tibbi sığorta, korporativ mobil nömrə, nahar yeməyi və servis şirkət tərəfindən təmin edilir.
-Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 18 saat, 3 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
3 gün, 16 saat, 55 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 3 gün, 17 saat, 29 dəq
- 4 gün, 11 saat, 35 dəq
- 5 gün, 6 saat, 49 dəq