Audit axtarılır

Auditor


İşəgötürən – Fostanpak MMC

Vəzifə öhdəlikləri:

Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;

Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;

İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;

Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;

Rərbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;

Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;

Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;

Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;

Namizəd üçün tələblər:

Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə)

Müvafiq sahə üzrə ən azı 5-7  il iş stajı

Yaş həddi 30-45

Microsoft Office, 1C proqramından sərbəst istifadə bacarığı

Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları

Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə biliklər

İş rejimi: 1-5 gün 09:00-18:00

Şənbə 09:00-15:00

İş yeri: Bakı şəhəri,Binəqədi rayon,10 may küçəsi

Əmək haqqı: 800-1000 AZN

Bu vəzifəyə müraciət etmək üçün CV-ni    [email protected]    e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Audit” Mövzu bölməsində göstərin.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]