Bank of Baku İT audit şöbəsinin müfəttişi axtarır

İşəgötürən: Bank of Baku
Vakansiya: İT Audit şöbəsinin müfəttişi
Son tarix: 25 noyabr 2022
Əsas vəzifə və öhdəliklər:
-İT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq audit proqramlarının tərtib edilməsi
-İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması
-İT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi
-Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması
-Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi
-Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi
-Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi
Tələblər:
-Ali iqtisadi, IT Mühəndislik üzrə təhsil,
-Azərbaycan , rus və ingilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması
-İT sahəsi (İT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi. İT audit sahəsində iş təcrübəsi arzuolunandır.
-İT Audit və risklərin idarə olunması üzrə biliklər
-Daxili və Beynəlxalq İT standartları üzrə biliklər
-MS Office proqramlarında sərbəst işləmək bacarığı
-Əlavə olaraq Certified Information Systems auditor, Certified Information Systems Security Professional, Certified Information Security Manager və ya Microsoft Certified Systems Engineer sertifikatlarına malik namizədlərə üstünlük veriləcək.
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İT Auditor qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 6 saat, 55 dəq
- 14 saat, 35 dəq
- 15 saat, 28 dəq
- 1 gün, 8 saat, 48 dəq
-
1 gün, 9 saat, 32 dəq
Mebel istehsalı üzrə nəzarətçi tələb olunur- MAAŞ 1500 MANATADƏK