Abşeron Logistika Mərkəzi Kiçik auditor vəzifəsi üzrə vakansiya elan edir

Auditor

auditor


“Kiçik auditor” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

Audit layihəsi üzrə müəyyən edilmiş prosedurları həyata keçirmək;
Məlumatların toplanmasını, sənədləşdirilməsini və təhlilini həyata keçirmək;
Audit layihələrinə dair müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.

Namizədə qarşı tələblər:

Audit, maliyyə, mühasibatlıq sahəsində iş təcrübəsinin olması arzuolunandır;
ACCA (F2, F3) sertifikatlarının olması üstünlükdir;
Word, Excel ofis proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
Yazılı / şifahi ünsiyyət və münasibət qurma bacarığı;
Analitik düşüncə və analiz qabiliyyətinin olması;
Problemləri, riskləri və onların həllərini düzgün müəyyən etmək; 
 
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 22 Mart 2023-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik auditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]