“PAŞA Kapital”a auditor tələb olunur
İşəgötürən – PAŞA Kapital
Vəzifə: Auditor
Vəzifə öhdəlikləri:
Audit planı çərçivəsində nəzərdə tutulmuş sahələrdə audit prosedurları həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş kənarlaşmalar haqqında Audit Komitəsinə məlumat vermək;
– Aparılmış yoxlamalar barədə təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
– Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
– Audit üzrə iş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak etmək;
– Audit Komitəsi tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyəti çərçivəsində yerinə yetirmək.
Tələblər:
– Müvafiq sahədə akademik dərəcə (ən azı ali iqtisadi və ya hüquqi təhsil);
-Peşəkar kvalifikasiya üzrə namizədlik (CIA / CFSA / ACCA / CPA / CIMA) arzu olunandır;
– Audit işinin təşkili və şirkətin fəaliyyət sahəsini tənzimləyən qanunvericilik və normativ tələblərə aid biliklər;
– Müvafiq iş təcrübəsi: 3 ildən artıq;
– Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
– Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək baçarığı;
– Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilməli.
Maraqlanan şəxslər elektron məktub başlığında “Auditor” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 12 saat, 13 dəq
- 1 ay, 1 həftə, 3 gün, 16 saat, 15 dəq
-
1 ay, 1 həftə, 3 gün, 16 saat, 16 dəq
In diretta casino: funzionamento, sicurezza e possibilità di guadagno sul web
-
1 ay, 1 həftə, 3 gün, 16 saat, 16 dəq
Gambling On-line: Key Principles of Secure plus Prepared Play
-
1 ay, 1 həftə, 3 gün, 16 saat, 16 dəq
Gambling Digital: Practical Overview about Digital Gaming Sites