“Kapital Bank”da yeni vakansiya

Mütəxəssis


Satışda rekord qıranlar! “Bu iş mənlikdir” deyənlər! Bu vakansiya Sizin üçündür!

“Kapital Bank” namizədləri Partnyor Şəbəkəsinin İdarə Edilməsi departamentinin “Partnyorlarla iş şöbəsinin mütəxəssisi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

-Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin əməkdaşlığa cəlb olunması;

– Mövcud layihələr üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı işlərin aparılması;

– Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;

– Mövcud partnyorlarla satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;

– Taksit layihələrinin inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması;

-Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər:

– Ali təhsil;

-Satış üzrə ən az 1 il iş təcrübəsi;

– Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis dili və rus dili biliyi;

– Komputer biliyi: yüksək səviyyədə MS Office bilikləri;

-Sürücülük vəsiqəsi;

-Yüksək analitik qabiliyyət;

– Məsuliyyətlilik, dürüstlük, yeniliklərə açıq olması, operativlik və qərarvermə qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya mövzu hissəsində “Partnyorlarla iş” yazıb [email protected] e-mail ünvanına göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]