Kapital Bank ERM risklərinin idarə edilməsi şöbəsinin apaırcı mütəxəssisi axtarır

İşəgötürən: Kapital Bank
Vakansiya: ERM risklərinin idarə edilməsi şöbəsinin apaırcı mütəxəssisi
Son tarix: 01 avqust 2022
Öhdəliklər:
-Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi;
-Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi;
-Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması;
-Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
-Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi;
-Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi;
-Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
-Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi;
-Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi.
Tələblər:
-İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
-Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 3-4 il iş təcrübəsi;
-Yüksək ünsiyyətqurma qabiliyyəti;
-Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi;
-Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 10 saat, 39 dəq
-
1 ay, 3 həftə, 1 gün, 6 saat, 10 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 14 saat, 8 dəq
- 2 ay, 13 saat, 58 dəq
- 2 ay, 14 saat, 1 dəq