İri şirkətə “Gömrük və Nəqliyyat Prosesləri üzrə Mütəxəssis” tələb olunur

AVRORA MMC “Gömrük və Nəqliyyat Prosesləri üzrə Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
– Nəqliyyat şirkətləri ilə bağlı müqavilələrin sistemə daxil edilməsi;
– Tenderin keçirilməsi, spesifikasiyaya uyğun olaraq müddətin, qiymətin və çatdırılmanın təmin edilməsi;
– İxrac gömrük rəsmiləşdirilməsi ilə əlaqədar tələb edilən sənədlərin toplanmasının aidiyyəti şöbələrlə koordinasiya edilməsi;
– İxrac olunan yüklərin sənədlərinin gömrük rəsmiləşdirməsinin həyata keçirilməsi;
– İxrac sənədlərinin yoxlanıb, bəyannamələrinin tərtib edilməsi;
– Daşınma zamanı yüklə bağlı yaranan hər hansı sınma, zədələnmə, dağılma hallarının aradan qaldırılması üçün nəqliyyat şirkəti ilə danışıqların aparılması;
– İxrac gömrük bəyannamələrinin qeydiyyatının aparılması;
– Müqavilələrin əlavələrinin elektron hökümət portalı üzərindən gömrük rəsmiləşdirilməsi üçün kodlarının alınması.
Tələb olunan bilik və bacarıqlar :
– Logistik proseslər haqqında məlumatlı olmaq;
– MC Office proqramlarında işləmək bacarığı;
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
– Analitik düşünmə qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
– Təhsil : Ali (Beynəlxalq daşınmalar, Logistika yönümlü ali təhsilə üstünlük verilir);
– İş təcrübəsi : Müvafiq sahə üzrə 1-3 il;
– Dil bilikləri: Azərbaycan dili -səlis (Rus və İngilis dilləri üstünlükdür);
– Yaş həddi : 22-45.
İş şərtlərimiz :
– İş qrafiki : 5 günlük;
– İş yeri : Aşıq Molla Cümə küç, 46C;
– Nahar şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik :
-Əmək bazarında rəqabətli əməkhaqqı;
– İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
– Şirkət hesabına korporativ nömrə;
– Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Gömrük və Nəqliyyat Prosesləri üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 18 saat, 4 dəq
-
2 ay, 4 gün, 13 saat, 35 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 21 saat, 33 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 23 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 26 dəq