“Elmanado” fabrikası “İnsan Resursları üzrə Mütəxəssis” axtarır

Mütəxəssis


“Elmanado” fabrikası “İnsan Resursları üzrə Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.

İş barədə məlumat :

– Şəxsi işin hazırlanması üçün tələb olunan sənədlərin toplanılması ;

– Paket sənədləri hazırlayıb ye qəbul olmuş işçilərə imzlatadırılması ;

– Elektron hökumət portalında ( EMAİS )əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi ;

– İşə qəbul haqda əmrin  hazırlanması ;

– Müvafiq qeydiyyat kitablarında və ya kompüterdə – əmək müqavilələrin və əmrlərin qeydiyyatını aparmaq  ;

– Əmək kitabçalarının yazılması və müvafiq  jurnalda qeydiyyatların aparılması;

– İSB elektron portalında zəruri əməliyatların vaxtında icra olunması  ;

– Əmək haqqı kartlarının sifariş verilməsi və əməkdaşlara təslim olunması ;

– Aylıq iş vaxtının uçot tabellərini  hazırlayaraq mühasibatlığa təhvil verilməsi ;

– Əmək haqqı , məzuniyyət haqqı , mükafatların , ezamiyyə xərclərin və son haqq-hesab ödənişlərinin hesablanması üçün Mühasibatlıq şöbəsilə əlaqəli şəkildə fəaliyyət  göstərib  lazımı məlumatların təqdim etməsi ;

– Digər əmrlərin tərtibatı və rəsmiləşdirilməsi (  işdən azad , ezamiyyət , məzuniyyət , tənbeh , başqa vəzifəyə keçirmə  ) ;

-İşçilər barədə məlumat bazasının yaradılması , yenilənməsi  və dəyişikliklərin daxil edilməsi ;

– Əmək məzuniyyətlərinin verilməsi qaydaları və məzuniyyətlərin verilməsi üçün növbəlilik cədvəllərinin tərtib edilməsi ;

– İşçilərin davamiyyətini gündəlik nəzarət etmək və şöbə müdirinə davamiyyət haqda məlumat vermək ;

– İş saatı 09:00-dan 18:00-dək, həftənin 6 günü ;

– Nahar şirkət tərəfindən qarşılanır ;

– Əmək  haqqı: 600 – 800 azn ( əmək haqqı namizədin bilik və bacarığına görə təyin olunacaq );

– Ünvan : Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığında yerləşən  “ ELMANADO “ Fabrikası

Namizədə tələblər :

– Cins : Xanım

– Yaş: 25-38

– Təhsili : Ali

-İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi

– Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər

– Elektron hökümət portalında sərbəst istifadə bacarığı

– Microsoft Word, Excell, 1C proqramları üzrə biliklər

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV lərinizi  [email protected]  ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]