Daxili auditor tələb olunur
![](https://avand.marja.az/wp-content/uploads/2022/03/auditor.jpg)
İşəgötürən – Prior Leasing
Namizədə olan tələblər:
Ali təhsil (iqtisadiyyat,maliyyə yönümlü ali təhsil üstünlükdür);
Sahə üzrə ən az 3 il iş təcrübəsi;
Azərbaycan dilini səlis bilməli (rus dili biliyi üstünlükdür);
Ofis proqramlarını bilməli;
Yüksək səviyyədə ünsiyyət qurmaq, liderlik və idarəetmə bacarığı;
Analiz etmək qabiliyyəti və stressə davamlılıq;
Regionlara ezamiyyətlərə hazır olmalı;
Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və Mülki Məcəlləsi üzrə biliklər.
Vəzifə öhdəlikləri:
İllik Daxili Audit Planına əsasən daxili audit yoxlamaları aparmaq;
Şirkətin fəaliyyətində mövcud olan və yarana biləcək mühüm risklər barədə müvafiq struktur bölmələrini məlumatlandırmaq və icra strukturları tərəfindən onların səmərəli idarə edilməsinə nəzarət etmək;
Şirkətin illik və cari maliyyə hesabatlarının hazırlanma prosesinə və nəticələrinə nəzarət etmək;
Daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair müvafiq orqanlara təkliflər vermək;
Daxili və kənar auditorlar tərəfindən irəli sürülmüş tövsiyələrin icraçılar tərəfindən icra olunub olunmamasına nəzarət etmək;
Kənar auditin nəticəsi əsasında maliyyə hesabatlarına ediləcək dəqiqləşmələri və əlavələri nəzərdən keçirmək;
Tənzimləyici orqanlar tərəfindən aparılmış yoxlamaların nəticələrini nəzərdən keçirmək və onların auditor xidmətinin təkmilləşdirilməsi üzrə tövsiyyələrini icra etmək.
İş şərtlərimiz:
Əmək haqqı: 1684 – 1939 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili auditor” yazaraq [email protected] adresinə göndərmələri xahiş olunur.
Vakansiyalar
-
1 ay, 1 gün, 17 saat, 47 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 18 saat, 42 dəq
- 6 ay, 3 gün, 20 saat, 35 dəq
- 9 ay, 1 həftə, 1 gün, 15 saat, 20 dəq
-
9 ay, 2 həftə, 6 gün, 10 saat, 51 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır