Dalga Beach Aquapark cost controller axtarır

İşəgötürən: Dalga Beach Aquapark
Vakansiya: Cost Controller
Son tarix: 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
-Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
-Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
-Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
-Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
-Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
-Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
-Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
-Mövcud olan bütün anbarların qalıqlarının şıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
-Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
-Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
-Təhsil-Ali;
-Restoran və ya otel sahəsində ən azı 3 il iş təcrübəsi;
-Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Cost Controller” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 17 saat, 57 dəq
-
2 ay, 4 gün, 13 saat, 28 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 21 saat, 26 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 16 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 19 dəq