Crystal Group İT üzrə mütəxəssis axtarır
İşəgötürən: Crystal Group
Vakansiya: İT üzrə mütəxəssis
Son tarix: 16 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Kompüterlərin və təşkilatı texnikanın daim işlək vəziyyətdə saxlanmasını təmin edir;
-Lokal kompüter şəbəkəsinin fasiləsiz işləməsi və saz vəziyyətdə saxlanmasını təmin edir, şəbəkə və informasiya təhlükəsizliyinin inkişafı üçün ardıcıl tədbirlər görür;
-Videomüşahidə (CCTV) quraşdırılmasına, sazlanmasına və onlara texniki xidmət işlərinə nəzarət edir;
-Şirkət üzrə informasiya sistemlərinin qurulmasını, onların etibarlı və davamlı fəaliyyətini, təhlükəsizliyini və işlək vəziyyətdə saxlanmasını, dövri yenilənməsini təmin edir;
-Şirkətin kompüter və server avadanlıqlarında istifadə olunan ümumi təyinatlı proqram təminatının işlək vəziyyətdə saxlanmasını və onun dövri yenilənməsini təmin edir;
-İnformasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər və təhlillər aparır, həmin məsələlərin həlli üzrə təkliflər hazırlayır, aşkar edilən problem və nasazlıqları aradan qaldırır;
-Şirkətin informasiya sistemlərindən fasiləsiz istifadənin təmin edilməsi məqsədi ilə dəstək xidmətini təşkil edir və s.
Vakansiya tələbləri:
-Ali təhsil;
-Sahə üzrə minimum 3 il iş təcrübəsi;
-Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
-Özünü inkişafa meyillilik, ünsiyyət, komandada işləmə, problem həlletmə bacarıqları.
Əlavə məlumatlar:
-İş qrafiki: I-V günlər 09:00-18:00
-İş yeri: Shafayat Mehdiyev küç.93
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə [email protected] və [email protected] ünvanlarına CV formasını göndərin.
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
-
1 gün, 14 saat, 23 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 15 saat, 19 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 12 saat, 1 dəq
- 3 gün, 12 saat, 4 dəq
- 3 gün, 12 saat, 40 dəq