BERC Group satış mütəxəssisi axtarır

İşəgötürən: BERC Group
Vakansiya: Satış mütəxəssisi
Son tarix: 14 oktyabr 2022
Əsas vəzifə öhdəlikləri:
-Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması;
-Rəhbərlik tərəfindən qoyulan satış hədəf və planlarının yerinə yetirilməsini təmin etmək;
-Satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək;
-Satışdan sonra prossesləri izləyərək müştəriyə olunan xidmətin nəzarətdə saxlanılması;
-Müraciətçilərə şirkət və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün və ətraflı məlumat verilməsi və ilkin əlaqənin qurulması;
-Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması;
-Daxil olan müraciətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi.
Vəzifəyə dair tələb və bacarıqlar:
-Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
-Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
-Komanda ilə işləmək bacarığı;
-Peşəkar ünsiyyət bacarığı və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi;
-Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus və ingilis dilləri üzrə bilikləri olması üstünlükdür)
-Bank və BOKT təcrübəsi olan, vergi, mühasibat, maliyyə, gömrük, logistika və hüquq sahəsi üzrə təcrübə və bilikləri olan namizədlərə üstünlük veriləcək.
-MS Office proqramlarında sərbəst işləmək bacarığı
-Riyazi analitik təhlil qabiliyyətinin olması
-Peşəkar təqdimetmə və inandırma bacarığı.
BERC Group MMC sizə nə vəd edir?
-Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan iş rejimi
-Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
-Rəqabət qabiliyyətli əmək haqqı
-Korporativ nömrə və danışıq paketi
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – sini 14.10.2022-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “Satış mütəxəssisi” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
-
2 gün, 3 saat, 29 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 28 dəq
-
2 gün, 6 saat, 29 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 32 dəq
- 2 gün, 6 saat, 34 dəq