Bank Respublika ASC şəbəkə təhlükəsizliyi üzrə administrator axtarır

Administrator


İşəgötürən: Bank Respublika ASC

Vakansiya: Şəbəkə təhlükəsizliyi üzrə administrator

Son tarix: 28 may 2022

Ümumi vəzifə öhdəlikləri:

-Mövcud “NGF Firewall”-ların administrasiyası;

-“Web Application Firewall”-un administrasiyası;

-Yeni və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;

-RADIUS və TACAS+ serverlərinin administrasiyası;

-Şəbəkə, server və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);

-İPS sistemlərinin administrasiyası;

-2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;

-Email təhlükəsizliyi sisteminin administrasiyası;

-Şəbəkə və “application”  üzrə monitorinq sistemlərinin administrasiyası;

-VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.

Namizədə qarşı tələblər:

-Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);

-Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;

-Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;

-Veb təhlükəsizlik (Web Application Firewall) parametrlərinə dair biliklər;

-AAA, RADIUS, TACAS+ barədə biliklər;

-Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;

-Anti-virus, Anti-Malware sistemləri barədə biliklər;

-Vulnerability scanning proqramı üzrə biliklər;

-Penetration testing barədə biliklər;

-Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər;

-2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər;

-Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər;

-İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Şəbəkə təhlükəsizliyi üzrə administrator qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]